Formatı dəyişdirilə bilər – A seriyasının
31.10.2020 - 13:32
Formatı dəyişdirilə bilər – A seriyasının

İtaliya A seriyasının cari mövsüm formatında dəyişiklik edilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu A seriyasının prezidenti Paolo Dal Pino deyib.

O bildirib ki, koronavirus infeksiyasına yoluxan futbolçu sayının kəskin artacağı təqdirdə, çempionat pley-off formatında başa çatdırılacaq: “Ümid edirəm ki, A seriyasını 38 turdan ibarət çempionat formatında bitirə biləcəyik. Ancaq digər amillər müdaxilə edə və turnirin dayandırılmasına ehtiyac yarana bilər. İclasda formatın dəyişdirilmə variantını nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Napoli”nin gənclərdən ibarət komandasında 6 futbolçu koronavirusa yoluxub.

0
İtaliya A seriyası Paolo Dal Pino pley-off formatı