Fransa ilə matçının hakimləri açıqlandı - millimizin
04.09.2020 - 12:12
Fransa ilə matçının hakimləri açıqlandı - millimizin

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Sumqayıtda baş tutacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadasına həvalə edib.

Sentyabrın 7-dəki görüşün baş hakimi Halis Özkahya olacaq. Ona həmyerliləri Kərəm Ərsoy, Sərkan Olquncan kömək edəcəklər. Matçın 4-cü hakimi funksiyasını Alper Ulusoy yerinə yetirəcək. Rumıniyalı hakim-inspektor Auqustus Konstantin isə referilərin işinə qiymət verəcək.

Qeyd edək ki, “Kapital Bank Arena” keçiriləcək Azərbaycan – Fransa matçı saat 21:00-da başlayacaq.