Fransadan İtaliyaya – icarəyə gəldi
14.01.2021 - 23:30
İtaliyanın “Cenoa” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Kevin Strotmanı icarəyə götürüb.
Fransa “Marsel”inin yarımmüdafiəçisi mövsümün sonunadək Genuya klubunda çıxış edəcək. 30 yaşlı futbolçu 3 ildən sonra İtaliyaya qayıdacaq. O, 2013-18-ci illərdə “Roma”da oynayıb.
Qeyd edək ki, Strotman karyerası ərzində Niderland klubları PSV, “Utrext” və “Sparta”nın da şərəfini qoruyub.
0
0