Fransalı məşqçiyə təklif - Serbiya millisindən
08.12.2020 - 10:07
Fransalı məşqçiyə təklif - Serbiya millisindən

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Serbiya yığmasının baş məşqçisi postuna namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, balkanlıları Raymond Domenek çalışdıra bilər.

Fransa millisinin sabiq baş məşqçisi serbiyalılardan təklif alıb. Fransa Futbol Məşqçiləri Assosiasiyasının prezidenti bu təklifi nəzərdən keçirir.

Qeyd edək ki, 68 yaşlı Domenek DÇ-2006, AVRO-2008 və DÇ-2010-da yığmasının sükanı arxasında olub.

0
Serbiya Azərbaycan Raymond Domenek