İspaniyanın “Atletiko” klubu heyətinə yeni yarımmüdafiəçi qatır.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Valensiya”nın futbolçusu Joffre Konqoqbianı transfer etməyə yaxındır.
27 yaşlı fransalı artıq tibbi müayinədən də keçib. “Atletiko” yarımmüdafiəçi üçün 11 milyon avroya ödəyəcək. “Yarasalar” futbolçunun uğurlu çıxışı zamanı daha 2 milyon bonus alacaq. Kondoqbianın gələcək satışından əldə olunacaq məbləğin 10 faizi də “Valensiya”ya çatacaq.
Qeyd edək ki, “Atletiko” fransalını transfer dövrünü gözləmədən, yaxın günlərdə də iştirak ərizəsinə daxil etmək hüququna malikdir. Çünki bir ay əvvəl müqaviləni hüquqi tərəfdən birtərəfli qaydada pozan Tomas Parti “Arsenal”a keçib və madridlilərin onun əvəzinə heyətə yeni oyunçu qatması mümkündür.
Fransalı yarımmüdafiəçi alır - “Atletiko”
01.11.2020 - 12:23
0
0