“Leypsiq" yarımmüdafiəçisi Kristofer Nkunkunu mövsümün sonunda komandada saxlaya bilməyəcək.
Apasport.az saytının məlumatına görə, buna səbəb bir sıra Avropa nəhənginin fransalı futbolçu ilə yaxından maraqlanmasıdır.
25 yaşlı oyunçu üçün almanlar artıq 3 təklif alıblar. Konkret olaraq “Mançester Siti”, “Mançester Yunayted” və PSJ onu transfer etmək istəyini bildirib. Nkunkunun müqaviləsində sərbəst qalma məbləği olmasa da, Bundesliqa təmsilçisi onun satışından 60 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 25 qol vurub, 10 məhsuldar ötürmə verib.