“Real” futbolçuları koronavirus pandemiyası dönəmində maddi problem yaşayan kluba kömək etmək qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, “kral klubu”nun oyunçuları əlavə bonuslardan imtina ediblər.
Belə ki, komanda İspaniya La Liqasının və ya Çempionlar Liqasının qalibi olarsa, onlara çatacaq mükafatı almayacaqlarını bildiriblər. Madridlilər hər iki turniri çempion kimi tamamlasa, o zaman biri üçün nəzərdə tutulan bonusları almayacaqlar. Bu da “Real”a 30 milyon avro qənaət etmək imkanı verəcək.
Qeyd edək ki, hazırda Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizəni davam etdirən “Real” La Liqada lider “Atletiko”dan 1 xal geri qalır.