Futbolçuları yığmaya buraxmayacaq – Premyer Liqa klubları
25.08.2021 - 09:31
İngiltərə Premyer Liqasının klubları yığmalarında çıxış edən futbolçuları Böyük Britaniya hökumətinin qırmızı siyahısında yer alan ölkələrdə keçiriləcək oyunlara buraxmayacaq.
Apasport.az saytının məlumatına görə, klubların bu barədə qərarını Premyer Liqa açıqlayıb.
Bu siyahıda futbolçuların getməli olduğu 26 ölkə var. Həmin ölkələrdən qayıdan oyunçular koronavirusla bağlı 10 günlük karantində qalmağa məcbur olacaq. Bu üzdən də həmin futbolçular sentyabrda keçiriləcək matçlara buraxılmayacaq.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0