Futbolçularını milliyə buraxmaq istəmir – “Yuventus”la “Napoli”
07.11.2020 - 12:28

İtaliyanın aparıcı klubları futbolçularını milli komandaya buraxmaqdan imtina edəcək.
Apasport.az saytının məlumatına görə, xüsusilədə “Yuventus” və “Napoli” rəhbərliyi belə addım atmağı planlaşdırır.
Onlar komandada zədəli futbolçuların artması riskindən ehtiyatlanır. Bu da komandaların A seriyası və avrokuboklardakı çıxışına mənfi təsir edə bilər. “İnter”in də bu iki kluba qoşulacağı gözlənilir.
Qeyd edək ki, bu həftə keçiriləcək çempionat oyunlarından sonra yığmaların yoxlama və Millətlər Liqası görüşləri təşkil olunacaq.
0
0