Futbolçusuna 1 milyon dollar qiymət qoydu – “Neftçi”
05.10.2020 - 22:16
Futbolçusuna 1 milyon dollar qiymət qoydu – “Neftçi”

“Neftçi” bir sıra xarici klubların diqqət mərkəzinə düşən futbolçusu Mamadu Kanenin transfer dəyərini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu qvineyalı yarımmüdafiəçiyə 1 milyon dollar qiymət qoyub.

Premyer Liqanın gümüş medalçısı artıq bununla bağlı menecerləri məlumatlandırıb. 2018-ci ildən ağ-qara formanı geyinən afrikalı futbolçusunun “Neftçi” ilə müqaviləsi uzunmüddətlidir. 1997-ci il təvəllüdlü legioner klubun idman direktoru Ceyhun Sultanovun yeganə uğurlu transferi sayılır.

Bakılılar Kaneyə görə ötən ilin yayından etibarən təkliflər almağa davam edir. Xüsusən Tula “Arsenal”ı ilə Avropa Liqasının II mərhələ oyunlarından sonra elçilər artıb.

İstər Rusiya, istərsə də Avropanın bəzi ölkələrindən dəvətlər gəlsə də, görünən budur ki, “Neftçi” onu kifayət qədər yaxşı qiymətə satacağına ümid bəslədiyindən, hələ əlindən buraxmaq istəmir (sportinfo.az).

0
Mamadu Kane Neftçi transfer