Futbolçusunun transfer qiymətini açıqladı - "Barselona"
15.07.2020 - 23:45
"Barselona" müdafiəçisi Mussa Vaqeni transferə çıxarıb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 22 yaşlı sağ cinah oyunçusunun qiymətini də açıqlayıb.
İspanlar 2019/20 mövsümün ikinci dövrəsini icarə əsasında "Nitsa"da keçirən futbolçu üçün 9 milyon avro ödəyəcək klubun ona sahib çıxacağını vurğulayıb. Hazırda isə Vaqe ilə "Fənərbaxça", "Vest Hem" və "Marsel" yaxından maraqlanır.
Qeyd edək ki, "Barselona"nın 2018-ci ildə "Eupen"dən transfer etdiyi Mussa Vaqe Kataloniya klubunun əsas komandasında 5 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
0
0