Gələcək karyerası ilə bağlı qərarını verdi - Rəşad Sadıqov
20.06.2020 - 00:20
Gələcək karyerası ilə bağlı qərarını verdi - Rəşad Sadıqov

Futbolçu karyerasını bitirməyə hazırlaşan Rəşad Sadıqov son qərarını verib.

Apasport.az saytının məlumatına görə, 38 yaşında butsılarını mıxdan asmaq fikrini qətiləşdirən “Qarabağ”lı müdafiəçi “Zirə”dən gələn təklifi geri çevirib.

O, qəsəbə təmsilçisinin baş məşqçisi olmaq istəməyib və Ağdam klubunda qalıb. Sadıqov Qurban Qurbanovun əsas köməkçisi kimi çalışacaq. Yaxın günlərdə bu təyinatın açıqlanması gözlənilir (sportinfo.az).