Gürcüstanı kobud oyun sayında qabaqladı - yığmamız
13.10.2020 - 20:50
Gürcüstanı kobud oyun sayında qabaqladı - yığmamız

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Gürcüstan – Azərbaycan oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA Qori şəhərində baş tutan qarşılaşmanın göstəricilərini hesablayıb.

1:0 hesablı qələbə qazanan Gürcüstan yığmamızla qarşılaşmada üstünlüyə malik olub. Millimiz yalnız kobud oyun və qırmızı vərəqə sayında öndə olub. Bu da passivə yazılan göstəricilərdir.

Gürcüstan – Azərbaycan
Qollar – 1:0
Qapıya zərbələr – 20:8
Çərçivəyə zərbələr – 8:4
Çərçivədən yan zərbələr – 8:2
Blok edilən zərbələr – 4:2
Künc zərbələri – 4:2
Oyundankənar vəziyyət – 3:0
Sarı vərəqələr – 6:3
Qırmızı vərəqə - 0:1
Qayda pozuntuları – 12:13

0
Gürcüstan – Azərbaycan U-21 AVRO-2021