Hacıyevlə bağlı qərarını açıqladı - "Səbail"
17.07.2020 - 15:50
"Səbail" baş məşqçisi Aftandil Hacıyevlə bağlı qərarını verib.
Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar 39 yaşlı mütəxəssisi postunda saxlayıb.
Hacıyev qəsəbə təmsilçisi ilə yeni 1 illik müqavilə imzalayıb. Klub rəhbərliyi ona qədər futbolçulardan Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Maykl Essyen və Şəhriyar Rəhimovla yollarını ayırıb.
Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən "Səbail"i çalışdırır.
0
0