“Lill”in hücumçusu Burak Yılmaz Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Çelsi” ilə cavab görüşündə komandasının təsəlli qoluna imza atıb – 1:2.
Apasport.az saytının məlumatına görə, penaltidən fərqlənən Türkiyə millisinin forvardı turnirin pley-offunda qol vuran ən yaşlı 3-cü futbolçu olub.
36 yaş 244 günlüyündə bunu bacaran Burak yalnız Paolo Maldini (“Milan”, 36 yaş 333 gün) və Rayan Giqqzdən (“Mançester Yunayted”, 37 yaş 147 gün) geri qalır. Yılmaz həmçinin 36 yaşdan sonra ÇL-də ən çox qol vuran 3-cü oyunçudur. Türkiyəlinin aktivində 3 top varsa, Kriştiano Ronaldo 6, Filippo İnzagi isə 4 dəfə rəqib qapılarına yol tapıb.
Bundan əlavə, Burak Yılmaz turnirdə 13-cü qolunu vuraraq Türkiyə futbol tarixinin bu turnirdəki bombardiri Hakan Şükürə çatıb.
Qeyd edək ki, ilk oyunda da 0:2 hesabı ilə uduzan “Lill” Çempionlar Liqasında mübarizəni dayandırıb.