Azərbaycan Premyer Liqasında VIII turun son təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, noyabrın 1-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.
“Sumqayıt”la “Neftçi” arasında turun mərkəzi oyunu Rauf Cabbarova tapşırılıb. “Qarabağ” – “Keşlə” qarşılaşmasında isə Əliyar Ağayev fit çalacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
1 noyabr
"Sumqayıt" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena", 14:00
"Qarabağ" - "Keşlə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Azersun Arena", 16:00