Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Slovakiya yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, rəqibimiz səfərdə Norveçlə qarşılaşıb.
“Ullevol”dakı qarşılaşmada uzun müddət meydan sahiblərinə müqavimət göstərib. Norveçlilər yalnız görüşün sonlarında ulduzları hesabına qələbə qazana bilib.
77-ci dəqiqədə qonaqların müqavimətini Erlinq Haland qırıb.3 dəqiqə sonra Martin Edeqor fərqi iki topa çatdırıb – 2:0.
Qeyd edək ki, Azərbaycan və Slovakiyanın Millətlər Liqasında yer alacağı qrupda Belarus, həmçinin Moldova – Qazaxıstan cütünün qalibi mübarizə aparacaq.