“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvuda növbəti "zərbə" sponsordan gəlib.
Apasport.az saytının məlumatına görə, məşhur “Nike” şirkəti 20 yaşlı hücumçunun sevgilisi Herriet Robsonu döyməsinə və təcavüz etməsinə biganə qalmayıb.
Geyim firması Mançester polisi tərəfindən həbs olunan Qrinvudla əməkdaşlığı dondurduğunu açıqlayıb. Həmçinin “Mançester Yunayted” rəhbərliyi də məsələ həllini tapana qədər oyunçunun bazaya girişinə qadağa qoyub.
Qeyd edək ki, Harriet Robson futbolçunun səs yazısını və döyülmüş şəkillərini paylaşıb. Qrinvud zorlama və bədənə xəsarət yetirməkdə şübhəli bilinir. Klubun akademiyasının yetirməsi olan hücumçu 2018-ci ildən əsas komandada çıxış edir.