Hendersonu heyətində saxladı – “Mançester Yunayted”
01.02.2022 - 14:48
Hendersonu heyətində saxladı – “Mançester Yunayted”

“Mançester Yunayted”in qapıçısı Din Hendersonun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, qolkiper qış fasiləsində klubunu dəyişməyəcək.

Mançester təmsilçisi Dini heyətində saxlamağa qərar verib. Klub rəhbərliyi “Uotford”un icarə ilə bağlı təklifini rədd edib.

Qeyd edək ki, Henderson cari mövsümdə cəmi 2 matça çıxıb.