Həftəlik 500 min funt sterlinq
16.03.2022 - 22:00
Həftəlik 500 min funt sterlinq

“Mançester Siti”nin Erlinq Halanda təklif etdiyi maaşın məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının futbolçusu klubunu dəyişsə, İngiltərə Premyer Liqasının ən yüksək ödənişli oyunçusu olacaq.

21 yaşlı norveçli Mançester təmsilçisində həftədə 500 min funt sterlinqdən çox qazanacaq. O, Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Kevin de Breyneni (“Mançester Siti”) arxada qoyacaq. Hazırda Premyer Liqada ən çox qazanan bu cütlük həftəyə 385 min maaş alır.

Qeyd edək ki, mançesterlilər hücumçunun keçidi ilə bağlı ilkin razılıq əldə edib. Onun transferi, bonus və agentin komissiya xərcləri 100 milyon avroya bərabər olacaq.