Həftənin futbolçusu adına namizədlər – ÇL-də
15.04.2021 - 09:00
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA 1/4 final mərhələsinin cavab matçlarından sonra 4 futbolçunu fərqləndirib.
Bu yerə iddiaçılar PSJ-nin hücumçusu Neymar, “Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç, “Real”ın yarımmüdafiəçisi Kasemiro və “Mançester Siti”nin orta sahə oyunçusu İlkay Gündoğandır.
Azarkeşlər arasında aparılan sorğunun nəticəsi sabah açıqlanacaq.
0
0