Həkimlər Bədavi Hüseynova karyerasını bitirməsini məsləhət gördü
04.03.2022 - 21:26
Həkimlər Bədavi Hüseynova karyerasını bitirməsini məsləhət gördü

Ötən ilin iyun ayında millimizin heyətində Moldova ilə keçirilən yoxlama matçında ayağından zədə alan Bədavi Hüseynov “Qarabağ”dan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, ötən müddət ərzində iki dəfə ağır əməliyyat keçirən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulsa da, Qurban Qurbanov hələ risk eləmək istəmir.

Həkimlər baş məşqçiyə 31 yaşlı arxa xətt oyunçusunun ümumi durumu ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, Hüseynovun ayağındakı zədə xronikidir və hər an təkrarlana bilər.

Zədəni müayinə edən həkimlər, ümumiyyətlə, Bədaviyə karyerasını bitirməsini məsləhət görüb (sportinfo.az).