Həlledici oyun ərəfəsində baş məşqçisini qovur – danışıqlara görə
05.12.2020 - 15:01
Həlledici oyun ərəfəsində baş məşqçisini qovur – danışıqlara görə

Niderlandın “Alkmaar” klubu baş məşqçisi Arne Slotu istefaya göndərəcək.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin son turunun həlledici görüşü ərəfəsində belə addım atmağa qərar verib.

Buna komandanın uğursuz çıxışı deyil, mütəxəssisin davranışı səbəb olub. Slot növbəti mövsümdə baş məşqçisi olmaqla bağlı “Feyenoord”la danışıqlar aparıb.

Qeyd edək ki, F qrupunda 3-cü olan “Alkmaar”ın 8 xalı var. Komanda son turda “Riyeka” ilə görüşəcək. Digər görüşdə 10 xala malik “Napoli” iki xal qabaqladığı “Real Sosyedad”la görüşəcək.
 

0