Honduras klubuna keçdi – sabiq “Keşlə”li
15.01.2021 - 09:06
“Keşlə”nin sabiq futbolçusu Franko Floresin klubsuz günləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, ötən ilin yayında Premyer Liqa təmsilçisi ilə vidalaşan argentinalı mərkəz müdafiəçisi karyerasını Hondurasda davam etdirəcək.
28 yaşlı oyunçu “Real Espanya” ilə anlaşıb. Flores ötən ilin oktyabrında Yunanıstan təmsilçisi “Doxa” ilə müqavilə bağlasa da, oranı debüt etmədən tərk edib. Yarım ildən çoxdur futbol oynamayan müdafiəçi bundan sonra karyerasını Hondurasda davam etdirəcək.
Qeyd edək ki, Franko Flores 2019-cu ildə transfer olunduğu “Keşlə”də bir mövsüm çıxış edib.
0
0