“Neftçi” təxminən 3 ildən sonra “Zirə” ilə səfər oyununda qol vurub.
Apasport.az saytının məlumatına görə, Fəhmin Muradbəyli görüşdə hesabı açıb.
Bununla da “ağ-qaralar”ın qolsuzluğu sona çatıb. “Neftçi” sonuncu dəfə 1065 gün əvvəl səfərdə “Zirə”yə qol vurub.
2018-ci il sentyabrın 22-də, düz 35 ay öncə 2:1 hesablı qələbə qazanılıb. Həmin matçın 52-ci dəqiqəsində Qoran Paratskinin vurduğu top sonuncu idi.
Sonrakı 5 oyunda – 4-ü çempionat, 1-i kubokda “Zirə”nin qapısı toxunulmaz qalıb. Bu görüşlərdə 3 dəfə meydan sahibləri 1 qolla qələbə qazanıb, 2 dəfə qolsuzluq qeydə alınıb.
72-ci dəqiqədə fərqlənən Muradbəyli 559 dəqiqəlik həsrətə də son qoyub.
Qeyd edək ki, matç 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU