Hücumçusu əməliyyat olundu - "Fənərbaxça"nın
15.06.2020 - 23:33
"Fənərbaxça" hücumçusu Maks Kruzeni itirib.
Apasport.az saytının məlumatına görə, almaniyalı forvard əməliyyat olunub.
Klub prezidenti Ali Koç onun bu gün sürpriz şəkildə apendisit əməliyyatı keçirdiyini söyləyib. O, 32 yaşlı oyunçunun əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu deyib.
Qeyd edək ki, Maks Kruze bu mövsüm 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0