Həyatından serial çəkiləcək - məşhur menecerin
13.06.2020 - 12:26
Həyatından serial çəkiləcək - məşhur menecerin

PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Naranın həyatı haqda serial çəkiləcək.

Apasport.az saytının məlumatına görə, bunu argentinalı futbol meneceri özü açıqlayıb.

34 yaşlı model bununla bağlı iki böyük şirkətdən təklif aldığını bildirib: "Netflix" və HBO həyatım barədə serial təklifini edib. Uşaqlığımdan çəkilişlərə başlasaq, bu, tarixdəki ən uzun serial olacaq. İzləmək üçün başqa bir pandemiya lazımdır".

Nara bildirib ki, çəkilişlərin bir hissəsi Argentinada, bir hissəsi isə Avropada olacaq: "Çox epizod, bir çox personaj olacaq. Əksəriyyət mənim haqqımda hər şeyi bildiyini düşünür. Amma hələ çox detallar aşkar edilməyib. Rolumu kimin oynayacağını məndən soruşmayın, çünki hələ özüm də bilmirəm".
 

0