Braziliyanın "Vasko da Qama" klubu heyətinə ulduz futbolçular cəlb edə bilər.
Apasport.az saytının məlumatına görə, bunu klubda prezidentliyə namizəd olan Luis Roberto deyib.
O, rəhbər seçiləcəyi təqdirdə komandaya qatmağa çalışacağı 3 futbolçunun adını açıqlayıb. Bunlar Zlatan İbrahimoviç, Mario Balotelli və Sebastyan Covinkodur: "Vasko da Qama"nın xəyallarını inşa etmək üçün müzakirə aparırıq. Balotelli və İbrahimoviçin agenti eynidir. Balotelli və Covinko səviyyəsində oyunçularımız olsa, o zaman rəqabətə meyilli heyətimiz olar".
Qeyd edək ki, "Milan"dan ayrılmağa hazırlaşan İbrahimoviçlə Braziliyanın digər klubu "Palmeyras" da maraqlanır.