İbrahimoviç qayıdır
05.03.2022 - 11:54
“Milan”ın futbolçusu Zlatan İbrahimoviç meydanlara qayıdır.
Apasport.az saytının məlumatına görə, isveçli hücumçu zədə ilə bağlı problemi arxada qoyub.
40 yaşlı forvard “Napoli” ilə səfər oyununa yollanan heyətdə yer alacaq. Onun sabah Neapolda keçiriləcək matçda iştirakı da mümkündür.
Qeyd edək ki, Zlatan sonuncu dəfə yanvarın 23-də meydana çıxıb.
0
0