Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl İtaliyaya dönmək istəyən argentinalı forvard artıq komandasında qalmaq niyyətindədir.
Buna səbəb Paris təmsilçisinə onun həmyerlisi Maurisio Poçettinonun çalışdırmaq ehtimalının yüksək olmasıdır. “Yuventus”un hücumçusu Paulo Dibala ilə dəyişdirilməsi yönündə danışıqlar gedən İkardi Poçettinonun rəhbərliyi altında oynamaqda maraqlıdır. O, həmyerlisinin sayəsində yenidən əvvəlki formasını bərpa edəcəyinə inanır.
Qeyd edək ki, PSJ-nin Tomas Tuxellə yollarını ayırdığı və Poçettino ilə ilkin razılığa gəldiyi bildirilir. 27 yaşlı İkardi cari mövsüm Liqa1-də 5 oyun keçirib, 2 qol vurub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”