İki illik müqavilə – Aqueroya təklif
14.04.2021 - 17:16
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Serxio Aquero karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu ilk rəsmi təklifini A seriyasından alıb.
Mövsümün sonunda Mançester təmsilçisindən ayrılacağını açıqlayan Aqueronun xidmətində “Yuventus” maraqlıdır. Turin klubu cənubi amerikalıya 2 illik anlaşma təklif edib.
Futbolçunun özü isə İspaniya “Barselona”sında oynamaq arzusundadır. Onun bu məqsədlə Barselonaya səfər də edib.
0
0