İki illik müqavilə - Baqali Dabodan
03.07.2020 - 22:27
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Baqali Dabo Kiprin “Apollon” komandası ilə müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu yeni klubu ilə 2 illik anlaşmanı rəsmiləşdirib.
Baqali yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Dabo 2016-20-ci illərdə Azərbaycanda çıxış edib. O, iki mövsüm “Qəbələ” (2016-18), iki mövsüm “Neftçi”nin uğurları üçün çalışıb. Baqali 2 dəfə Premyer Liqanın bombardiri adını qazanıb.
0
0