İkinci dəfə ilin idmançısı seçildi – 20 yaşlı futbolçu
30.12.2020 - 09:01
İkinci dəfə ilin idmançısı seçildi – 20 yaşlı futbolçu

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Alfonso Devis ölkəsi Kanadada ilin ən yaxşı idmançısı adına layiq görülüb.

Apasport.az xəbər verir ki, bu barədə Kanada Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bununla Devis ikinci dəfə bu mükafatı qazanır. 20 yaşlı müdafiəçi ilk dəfə 2018-ci ildə ölkəsində fərqləndirilib. Həmin vaxt “Bavariya”ya keçən sol cinah oyunçusunun klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Alfonso Devis 2020-ci ildə Kanadanın həm də ən yaxşı futbolçusu seçilib.

0
Alfonso Devis Bavariya Kanada