İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunlarında ikinci finalçı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bir gün əvvəl finala çıxan “Brentford” “Fulhem”lə qarşılaşacaq.
Sonuncular yarımfinalda “Kardiff”i mübarizədən kənarlaşdırıb. Uels təmsilçisi cavab görüşündə 2:1 hesabı ilə qalib gəlsə də, ilk matçdakı qələbə (2:0) “Fulhem”i finala daşıyıb.
“Brentford” və “Fulhem” arasında qarşılaşma avqustun 4-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
Qeyd edək ki, Çempionşipdə ilk iki yeri tutan “Lids” və “Vest Bromviç” Premyer Liqaya birbaşa vəsiqə qazanıb. “Bornmut”, “Uotford” və “Norviç” isə aşağı dəstəyə yuvarlanıb.