İkiqat üstünlük – “Neftçi”dən 
27.08.2020 - 22:03
İkiqat üstünlük – “Neftçi”dən 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan vitse-çempionu 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Şimali Makedoniya təmsilçisindən üstün olub.

Bakı klubu qapı istiqamətində ümumi zərbələrdə ikiqat üstünlük əldə edib. Təmsilçimiz 12 zərbədən ikisini qola çeviribsə, rəqibin 6 zərbəsindən biri qapıdan keçib.

“Neftçi” – “Şkupi”
Qollar – 2:1
Zərbələr – 12:6
Çərçivəyə zərbələr – 4:3
Çərçivədən kənar zərbələr – 2:3
Blok edilən zərbələr – 6:0
Künc zərbələri – 7:4
Oyundan kənar vəziyyət – 4:0
Bloklama – 2:2
Sarı vərəqə - 2:3
Qırmızı vərəqə - 0:1
Qayda pozuntuları – 11:9