İlk dəfə evdə - Albaniyada
12.10.2020 - 17:04
İlk dəfə evdə - Albaniyada

Azərbaycan millisi tarixində 3-cü dəfə Kipr yığması ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının IV turunun qarşılaşmasına qədər rəqiblər iki dəfə üz-üzə gəlib.

Komandamız hər iki matçı səfərdə keçirib. 1996-cı ildə Nikosiyada keçirilən yoxlama oyununda Vladislav Qədirovun dublu millimizə qələbə qazandırıb.

Ötən ay Millətlər Liqasının görüşü də Nikosiyada baş tutub. Bu dəfə Maksim Medvedevin qolu oyunun taleyini həll edib.

Hər iki qarşılaşmada qələbə qazanan Azərbaycan millisi üç qol vurub və qapısını toxunulmaz saxlayıb. Səfərdə iki dəfə məğlub etdiyimiz rəqiblə bu dəfəki görüş ev matçı sayılır. Lakin yığmamız rəqibini Albaniyanın Elbasan şəhərində qəbul edəcək.

Yoxlama oyunu
20 fevral 1996. Nikosiya. Kipr – Azərbaycan – 0:2
Vladislav Qədirov, 19, 73

Millətlər Liqası
8 sentyabr 2020. Nikosiya. Kipr – Azərbaycan – 0:1
Maksim Medvedev, 29
 

0