İlk təyinatlar açıqlandı - 1/4 finalın cavab oyunlarında
05.02.2021 - 21:47
İlk təyinatlar açıqlandı - 1/4 finalın cavab oyunlarında

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq iki matçın hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

“Qəbələ” – “Qarabağ” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. “Səbail” – “Sumqayıt” görüşündə isə Orxan Məmmədov fit çalacaq.

Azərbaycan kuboku
1/4 final
Cavab oyunları
6 fevral (şənbə)

15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Sumqayıt”
Hakimlər:
Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”