İngiltərə klubuna keçdi – “Fənərbaxça”nın futbolçusu
19.08.2021 - 13:10
Türkiyə millisinin daha bir futbolçusu legioner həyatı yaşayacaq.
Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın yarımmüdafiəçisi Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.
İstanbul təmsilçisi aparıcı oyunçusunun Premyer Liqa klubu “Uotford”a keçidini açıqlayıb. Orta sahə oyunçusu yeni klubuna icarə əsasında yollanıb. Komandalar arasındakı anlaşmaya əsasən, “Uotford” Ozanı birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Ozan Tufan 2015-ci ildən “Fənərbaxça”nın formasını geyinir.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0