İngiltərə klubuna keçdi – Berqkamp
01.02.2021 - 22:11
İngiltərə klubuna keçdi – Berqkamp

Dennis Berqkampın oğlu Mitcell Berqkamp karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu “Uotford”la sonradan uzadılmaq variantı ilə yarım illik müqavilə imzalayıb.

Mitçell son 9 ildə Niderlandda “Almiere Siti”nin sistemində olub. O, “Uotford”a keçən atasına görə tanınan ilk oyunçu deyil.

Maurisio Poşettononun oğlu Maurisio və Dennis Uayzın oğlu Henri də bu klubda çıxış edir.