İnyesta əməliyyat olundu – 4 ay oynamayacaq
16.12.2020 - 14:03
İnyesta əməliyyat olundu – 4 ay oynamayacaq

Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta uzun müddətə sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində “Şanxay”la (2:0) görüşdə sağ ayağından zədələnib.

36 yaşlı ulduz futbolçu Barselonada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyatın uğurlu baş tutduğunu bildirən həkimlər İnyestanın tezliklə bərpa prosesinə başlayacağını söyləyiblər. Lakin o, 4 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Qeyd edək ki, Andres İnyesta 2020-ci ildə 34 oyunda iştirak edib, 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

0