DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığması yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
Apasport.az saytının məlumatına görə, Fernando Santosun yetirmələri iyunda iki sınaq matçı keçirəcək.
İlk qarşılaşma iyunun 4-də Sevilyada İspaniyaya qarşı olacaq. Bundan 5 gün sonra isə komanda Portuqaliyada İsraili qəbul edəcək. Bu oyunlar Portuqaliya yığmasının AVRO-2020-yə hazırlığı üçün nəzərdə tutulub. Komanda həmin ay yer aldığı F qrupunda müvafiq olaraq Macarıstan (15 iyun), Almaniya (19 iyun) və Fransa (23 iyun) ilə qarşılaşacaq.
Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də məhz Azərbaycan millisinə qarşı keçirəcək.