Paraqvaylı futbolçu Sezar Meza Kolli Bakının “Keşlə” klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalı legioner Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısındakı oyunu ilə xarici klubların da diqqətini çəkə bilib.
Yarımmüdafiəçinin xidmətində Türkiyə təmsilçisi "Fatih Karagümrük" maraqlıdır. Istanbul klubunu məşqçilər korpusu paraqvaylı futbolçunun çıxışını izləyib və onun keçidi üçün rəhbərliklə danışıblar.
Qonşu ölkə təmsilçisi Sezarın keçidini qışda həll etmək niyyətindədir. Bu alınmasa, istəyini yay “transfer pəncərəsi”ndə gerçəkləşdirməyə çalışacaq.
Qeyd edək ki, hazırda "Fatih Karagümrük"də "Qarabağ"ın iki sabiq futbolçusu - Boyan Şaranov və Innosent Emeqara çıxış edir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı