İtaliya klubuna keçdi - Türkiyə millisinin üzvü
16.08.2020 - 14:49
Türkiyə millisinin futbolçusu Kaan Ayhan karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi "Sassuolo"ya keçib.
A seriyası təmsilçisi rəsmi saytı vasitəsilə "Fortuna"nın oyunçusunu transfer etdiyini açıqlayıb. Lakin transferin detalları və futbolçunun müqavilə müddəti gizli saxlanılıb. Onunla "Qalatasaray" və "Fənərbaxça" da maraqlanırdı.
Qeyd edək ki, Kaan Ayhan "Fortuna"ya 2016-cı ildə "Şalke"dən keçib.
0
0