Azərbaycan çempionatının I divizionunda mövsümün ikinci hissəsi başlayıb.
Apasport.az saytının məlumatına görə, XII turun matçları eyni gündə keçirilib.
Yarışın lideri “Turan Tovuz” gözlənilmədən ev oyununda xal itirib. Qərblilər “Keşlə-2”nin müqavimətini qıra bilməyib. “Kəpəz” isə “Zaqatala”ya uduzub. “Neftçi” və “Qarabağ”ın ikinci komandalarının duelində paytaxt təmsilçisi sevinib. Bombardirlər siyahısında yer alan futbolçulardan yalnız Kamran Quliyev turda qol sevinci yaşayıb. “Sabah-2”nin üzvü MOİK-in qapısına yol tapıb.
Qeyd edək ki, növbəti turun matçları fevralın 16-18-də keçiriləcək.
I divizion
XII tur
11 fevral
“Turan Tovuz” – “Keşlə-2” – 0:0
“Qaradağ Lökbatan” – “Sumqayıt-2” – 1:0
Elnur Səmədov, 45
“Zaqatala” – “Kəpəz” – 2:0
Xaqani Sadıxov, 4, Aleksandr Şemonayev, 54
“Sabah-2” – MOİK – 3:1
Samir Məhərrəmli, 33, Ramin Məlikov, 77 (avtoqol), Kamran Quliyev, 81 – İlyas Səfərzadə, 45+2
“Neftçi-2” – “Qarabağ-2” – 1:0
Rauf Hüseynli, 45+2 (avtoqol)
1 |
Turan Tovuz |
12 |
8 |
4 |
0 |
20-5 |
28 |
2 |
Neftçi-2 |
12 |
7 |
3 |
2 |
20-10 |
24 |
3 |
Sabah-2 |
12 |
7 |
2 |
3 |
22-12 |
23 |
4 |
Zaqatala |
12 |
7 |
1 |
4 |
25-15 |
22 |
5 |
Qarabağ-2 |
12 |
6 |
1 |
5 |
17-13 |
19 |
6 |
Kəpəz |
12 |
4 |
4 |
4 |
17-14 |
16 |
7 |
Keşlə-2 |
12 |
3 |
2 |
7 |
14-28 |
11 |
8 |
Qaradağ Lökbatan |
12 |
2 |
3 |
7 |
9-19 |
9 |
9 |
Sumqayıt-2 |
12 |
2 |
3 |
7 |
14-25 |
9 |
10 |
MOİK |
12 |
1 |
3 |
8 |
12-29 |
6 |
Bombardirlər: Vidadi Cəfərov ("Turan Tovuz") – 9, Bəhruz Teymurov ("Zaqatala") – 8, Kamran Quliyev ("Sabah-2"), Fərid Kərimzadə ("Sabah-2") - 6 qol.