Kapitan zədələndi
18.03.2022 - 11:57
“Real Sosyedad”ın kapitanı Mikel Oyarsabal ağır zədə alıb.
Apasport.az saytının məlumatına görə, məşq zamanı sol dizindən xəsarət alan yarımmüdafiəçinin müayinəsi zamanı ön xaçvari bağların qırılması aşkarlanıb.
İspaniyalı yarın müddətdə əməliyyat olunacaq. Cari mövsümü başa vuran Oyarsabal sentyabr-oktyabr aylarında meydana qayıda bilər. Bu da onun İspaniya millisinin DÇ-2022 üçün heyətinə düşmək şanslarını çətinə salır.
Qeyd edək ki, Oyarsabal cari mövsümün 33 matçında 15 qola imza atıb.
0
0