Karyerasını başa vurdu - Kasilyas
04.08.2020 - 17:20
İspaniya millisinin, “Real” və “Porto”nun sabiq qapıçısı İker Kasilyas karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu futbolçunun özü tvitter səhifəsində açıqlayıb.
Bir il əvvəl infarkt keçirən qolkiper yaşıl meydanlarla vidalaşmağa üstünlük verib. “Real”ın heyətində 5 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olan Kasilyas yığmada dünya və 2 dəfə Avropa çempionu adına yiyələnib.
0
0