Kavaninin yeni klubu dəqiqləşdi - 3 illik müqavilə
16.08.2020 - 22:54
PSJ-nin sabiq hücumçusu Edinson Kavaninin yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək.
Uruqvay millisinin üzvü "Benfika" ilə anlaşıb. Lissabon təmsilçisi ilə 3 illik müqaviləni razılaşdıran Kavaninin illik maaşı 8 milyon avro olacaq. Ulduz futbolçu qarşıdakı iki gün ərzində tibbi müayinədən keçərək münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Edinson Kavani 2013-cü ildən formasını geyindiyi PSJ ilə müqavilə müddəti başa çatdığı üçün "Benfika"ya havayı keçib.
0
0