Keyn Runinin rekordunu yenilədi
17.03.2022 - 09:58
Keyn Runinin rekordunu yenilədi

“Tottenhem”in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının səfər oyunlarında qolların sayına görə Ueyn Runinin rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Brayton”la XVI turdan təxirə salınmış oyunda bunu bacarıb.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçda son nöqtəni qoyan İngiltərə millisinin forvardı çempionatda keçirdiyi 139-cu səfər qarşılaşmasında 95-ci qolunu vurub. Bununla o, səfərdə ən çox qol vuran oyunçu ünvanını ələ keçirib. Hücumçu 243 səfər görüşündə 94 dəfə fərqlənən “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runinin göstəricisini geridə qoyub.

Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 22 qol vurub, 4 məhsuldar ötürmə verib.