Klub prezidenti ilə görüşə can atır – Mbappe
16.08.2021 - 15:22
Klub prezidenti ilə görüşə can atır – Mbappe

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappe klub prezidenti ilə görüşməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu Nasser Al-Xelaifidən onu satmağı xahiş edəcək.

Killian Paris klubunda qalmamaq fikrini qətiləşdirib. Bu üzdən də yay transfer pəncərəsinin sonuna qədər satılmasını istəyir.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.