Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunda çıxış edən Anderson Taliska yenidən “Beşiktaş”a qayıtmaq arzusundadır.
Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi müqaviləsinin ləğvi üçün klub rəhbərliyinə müraciət edəcək.
“Əl-Nassr”la sözləşməsinin sonuna hələ 2 il qalan pleymeyker illik 8 milyon avro maaş almasına baxmayaraq, komandada qalmaq niyyətində deyil. “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi də onu qaytaracaqları ilə bağlı xəbəri təkzib etməyib: “Taliskanın gəlməsini çox istərdim. Klubumuzun büdcəsinə uyğun məvacibdə gəlib oynamaq istəsə, gedib onu belimdə gətirərəm”.
Qeyd edək ki, Anderson Taliska 2016-2018-ci illərdə “Beşiktaş”ın formasını geyinib.